20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Sosial Xidmətlər Agentliyində mətbuat konfransı keçirilib

 Sosial Xidmətlər Agentliyində mətbuat konfransı keçirilib

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

 

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.

 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.

 

Agentlik tərəfindən 2023-cü ildə görülən işlərin yekunlarına həsr olunan mətbuat konfransında həmçinin keçən il 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyi qeyd edilib.

 

Bildirilib ki, 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

 

Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir. 2023-cü ildə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 63 nəfər vətəndaşımız Agentlik tərəfindən reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub.

 

1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır. Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib.

 

Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib.

Paylaşın:

Digər yazılar