22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İrəvanın “xəritə oyunu” – Nikol kimi aldadır?

 İrəvanın “xəritə oyunu” – Nikol kimi aldadır?

Ermənistan Azərbaycana növbəti mina xəritələrini təhvil verməyə hazırlaşır. Amma 2022-ci ilin oktyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan bütün xəritələrin verildiyini bəyan etmişdi. Bu həftə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan yeni mina xəritələrinin Azərbaycana təhvil verilməsinə hazır olduqlarını deyib. Onun sözlərinə görə, Ermənistanın müvafiq orqanları hazırda yeni mina sahələri haqqında məlumatlar hazırlayır.

YeniZamantv.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan uzun müddət idi onlarda minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edirdi:

“Paşinyan bunu dəfələrlə müxtəlif platformalarda bildirmişdi. İndi isə Xarici işlər naziri Ararat Mirzoyan bunun tam əksini deyir və 8 mina xəritəsini Azərbaycana qaytarmaq istədiklərini bildirir. Ümumiyyətlə, Ermənistan hakimiyyətində Azərbaycana vahid yanaşmanın olmadığını ilk dəfə deyil müşahidə edirik. Belə hallarla daha əvvəllər də rastlaşmışıq. Amma veriləcək xəritələrin dəqiqliyi bizdə həmişəki kimi müəyyən suallar yaradır. Nəzərə alsaq ki, indiyə qədər verilən xəritələr Azərbaycanın gözləntilərini heç də doğrultmayıb”.

Hərbi ekspert onu da əlavə edib ki, Ermənistanın indi təqdim edəcəyi xəritələr təmizlənmiş ərazilərə də aid ola bilər:

“Belə olan halda xəritələrin qaytarılması Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə də bu xəritələrin hansı əraziləri əhatə edəcəyini və həmin minaların nə zaman yerləşdirildiyini dəqiq bilmək lazımdır. Bunu bilmədən Ermənistanın növbəti “xəritə oyunu”nu humanist addım kimi dəyərləndirə bilmərik”.

Ekspert hesab edir ki, Ermənistanın “xəritə oyunu”nun arxasında hansısa niyyət gizlənib:

“Ermənistan bu xəritənin qarşılığında nələrisə gözləyir. Düşünmürəm ki, 8 xəritə bizim üçün hansısa əhəmiyyət kəsb etsin. Əgər həmin ərazilər artıq təmizlənibsə və ya hazırda təmizlənirsə, o zaman bu xəritələr bizim üçün kağız parçasından başqa bir şey olmayacaq. Ermənistan həqiqətən də xəritə məsələsində səmimi idisə, o zaman bu xəritələri müharibə başa çatan kimi dərhal təqdim etməliydi. Əgər bunu etməyibsə, deməli, bu işlərin altında yenə növbəti erməni hiyləsi gizlənir”.

Qeyd edək ki, Ermənistanın Azərbaycana 8 yeni mina xəritəsini qaytarmağa hazırlaşdığı bir vaxtda müxalifət düşərgəsində çaxnaşma müşahidə olunur. Onlar mina xəritələrinin Azərbaycana verilməsini satqınlıq hesab edirlər. Ədalət Verdiyev bildirir ki, Ermənistan müxalifəti iqtidarı birmənalı şəkildə daim tənqid edir: “Həmin dairələrdə təmsil olunanlar qisasçılıq hissi ilə yaşayır və ərazilərimizdə baş verən hər bir mina partlayışından xüsusi zövq alırlar. Bu cür yanaşma isə yalnız barbarlara məxsusdur”.

Paylaşın:

Digər yazılar