10.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Jurnalist Məhəmmədəli Qəriblinin üzərinə təşkil olunan media hücumunda böyük siyasi səhvə yol verildi…

 Jurnalist Məhəmmədəli Qəriblinin üzərinə təşkil olunan media hücumunda böyük siyasi səhvə yol verildi…

Mənə cavab verənlərin nəzərinə: axı, Müşahidə Şurasının 4 yox, 5 üzvü var – Bəs sədr niyə unudulub?

İki gün əvvəl, yeni formalaşan Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının yeni seçilən üzvləri ilə bağlı olan gözlətilərimi və kiçik narazılığımı ifadə edən bir status yazdım. Elə həmin gün Milli.az saytında mənə cavab xarakterili bir yazı paylaşıldı. Çox maraqlıdır ki, həmin yazını həmkar təəssübkeşliyini və başqa münasibətləri kənara qoyaraq bir sıra başqa saytlar da tirajlamağa başladı. Hətta bəzi şəxslər tərəfindən mənə bunun “yuxarıların sifarişi” olduğuna dair bir mesaj da ötürüldü.

Ancaq mən belə qənaətdəyəm ki, şəxsimə qarşı bu kampaniyanı aparanlar öz korporativ və merkantil maraqlarını “yuxarıların” adı ilə pərdələmək istəyir. Məhəmmədəli Qəribli yazdığı balaca bir tənqidə görə niyə sifariş əsasında “vurulmalıdır”? Daim dövləti və milli maraqlardan çıxış edən, bütün jurnalist fəaliyyəti boyu prinsipial olaraq Prezidenti ardıcıl müdafiə edən, öz fəaliyyəti ilə bunları subut edən bir jurnalist belə arzuolunmaz bir personaya çevrilib ki, onun üzərinə bu şəkildə media preysinqi təşkil olunur?

Bu sualın bir cavabı var: əgər bu həqiqətdirsə, deməli, bunu edənlər cənab Prezidentin media ilə bağlı çağrışlarını açıq sabotajla məşğul olurlar. Yox, kimsə bu adla yalandan manipulyasiya edirsə, mütləq mənada həmin adamlar cəzasını almalıdır. Bu detalın mütləq mənada araşdırılmasını bütün instansiyalardan tələb edəcəm.

Bəlkə bunu edənlər, məqsədli şəkildə bir jurnalisti hakimiyyətdən incik salmaq niyyətini güdürlər. Görünən budur ki, onlara həqiqəti yazan jurnalistlər sərf etmir. Çünki öz neqativ fəaliyyətlərini məhz Prezidentdən gizlətmək istədikləri üçün bu mövqeyi tuturlar.

Mənə cavab kimi yazılan məqalədə belə bir detal var:
“Şurada təmsil olunanların hər biri cəmiyyətdə tanınan, həmkarları arasında dəyərləndirilən insanlardır.

Elçin Şıxlı təcrübəli jurnalist, usta söz və yazı ustası, çağdaş media şərtlərinə və mexanizmlərinə əla bələd olan şəxsdir.

Vüqar Zifəroğlu Azərbaycan jurnalistikasının nəzəriyyəçisi olmaqla yanaşı, praktiki, gəncləri yetişdirən müəllimidir.

Şəfəq Mehrəliyeva tanınmış media nəzəriyyəçisi, illərin sınağından peşəsini şərəflə keçirmiş ləyaqətli professionaldır.

Sevil Mikayılova peşəkar jurnalist, təcrübəli media strukturu rəhbəri olmaqla yanaşı, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil edən deputatdır”.

Əvvəla, bu siyahıda kimin hansı xidmətlərinin olduğunu və daşıdığı titulları sadalamağa nə ehtiyac var? Axı, mən yazımı fərdlər üzərində qurmamışam. İkincisi, biz başqa planetdən gəlməmişik. Ölkədə kimin-kim olduğunu və nəyə qadirliyini çox gözəl bilirik. Ancaq nədənsə yazı müəllifləri Müşahidə Şurasında yalnız 4 nəfəri müsbət xarakterizə ediblər.

Bəs 5-ci adam, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovdan niyə bəhs edilməyib? Yaddan çıxıb? Əslində, bu detalın özü adamı ciddi düşünməyə vadar edir. Məntiqlə, bu siyahının başında ilk olaraq sədr kimi təsdiq olunan Dağbəyi müəllimin adı olmalıydı. Mən onu çox təcrübəli və layiqli namizəd sayıram. Cənab Prezidentin bu seçimini ikiəlli alqışlayıram. Onun adını bu siyahıdan niyə çıxdaş edilməsinin səbəbilə isə yaxşı olar ki, hörmətli Dağbəyi müəllimin özü maraqlansın…

Məhəmmədəli Qəribli

Paylaşın:

Digər yazılar