22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Müəllimləri 4 günlük iş rejiminə necə keçirmək olar? – Açıqlama

 Müəllimləri 4 günlük iş rejiminə necə keçirmək olar? – Açıqlama

Fevralın 1-dən etibarən Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçiriləcək.

Bloomberg agentliyinin məlumatına görə, dörd günlük proqram test rejimində istifadəyə veriləcək. Yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək. Dörd günlük həftə tədqiqatı bu ilin avqust ayına qədər davam edəcək və təcrübədə 45 şirkət iştirak edəcək. Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.

Qeyd edək ki, 2023-cü il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq edilib. Qazaxıstanda əmək qanunvericiliyinə edilən dəyişikliyin məqsədi ölkə vətəndaşlarına istirahət üçün daha çox vaxt vermək olub.

YeniZamantv.az xəbər verir ki, İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, son illər dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib:

“Ancaq Azərbaycanda buna keçid problemdir. Çünki Azərbaycanda 1 milyon 700 min muzdla çalışan işçi var. Onların 900 mindən çoxu büdcə sektorunda çalışır. Yəni müəllimləri 4 günlük iş rejiminə necə keçirmək olar? Bu zaman hansı keyfiyyətdən danışmaq olar? Və yaxud polisi 4 günlük iş rejiminə necə keçirmək olar?! Mümkün deyil”.

İqtisadçı qeyd edib ki, kommersiya müəssisələrində, ümumiyyətlə, özəl sektorda da belə bir keçid məntiqli və real görünmür:

“Özəl sektorda elə sahələr var ki, orada həftənin 7 günü iş gedir. Bura kafeləri, restoranları, mağaza və marketləri aid edə bilərik. Bu sahələrdə belə dəyişiklik o qədər asan deyil. Azərbaycanda ən aparıcı sahənin neft-qaz sektoru olduğunu nəzərə alsaq, bu sahədə də iş günlərini azaltmaq mümkün deyil. Çünki bu sahədə 24 saat iş gedir və neft çıxarma qurğuları dayandırıla bilməz. Buna görə də belə bir addım atılması texniki olaraq mümkün deyil. Bu, ancaq universitetlərdə və dövlət idarələrində ola bilər. Bu da hökümətin məsələyə baxışından asılıdır”.

Ekspertin fikrincə, sadəcə dövlət şirkətləri qısaldılmış iş həftəsinə keçidə təşviq edə bilər:

“Məsələn, bu rejimə keçən şirkətlərə vergi güzəştləri ola bilər. Müəyyən təşviq addımları ilə bəlkə də buna nail olmaq mümkün olar”.

Paylaşın:

Digər yazılar