22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ermənistan Zəngəzur dəhlizini açmasa, Bakı bunu edəcək – Açıqlandı

 Ermənistan Zəngəzur dəhlizini açmasa, Bakı bunu edəcək – Açıqlandı

“Ötən ilin dekabrında əsirlərin mübadiləsi şərəfli bir işin başlanğıcı oldu. Bundan sonra tərəflər bir-birilərinə öz fikirlərini göndərməyə başladılar. Axırıncı dəfə İrəvan sülh müqaviləsinin sənədini göndərib və Bakı bunu öyrənib yenidən geri qaytaracaq”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Analitik 2023-cü ilin dekabr ayında 32 hərbi əsirin Ermənistana qaytarılmasından sonra tərəflər arasında ehtimal edilən mümkün sülh sazişinin imzalanması prosesinin gecikməsindən söz açıb.

Xatırladaq ki, bir sıra Qərb dövlətlərinin, daha dəqiq yazsaq, Fransanın proseslərə müdaxiləsi İrəvanı sülh müqaviləsinin imzalanmasından yayındırır. Bundan əlavə, rəsmi Parisin regionda hərbi-siyasi rıçaqları əlinə alaraq Azərbaycana təzyiq göstərmək istəyi yekun sənədin imzalanmasını bir qədər gecikdirir.

Məsələyə loyal yanaşan Z.Əlizadə isə bəyan edib ki, hazırda tərəflər arasında iş davam edir və burada heç bir faciə yoxdur:

“Əksinə, əməli şəkildə fikir mübadiləsi gedir, heç kəs qarşımızda öhdəlik qoymayıb, zaman baxımından hər hansı bir tələb irəli sürülməyib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, işğaldan azad edilmiş ərazilər tədricən bərpa edilir, evlər tikilir, köçkünlər qayıdır. Bəlkə də seçkilərdən sonra islahatlar keçiriləcək. Camaatın işləmək ehtirası qarşısında qoyulmuş məmur əngəlləri aradan götürülə bilr, iqtisadi inkişaf başlayar. Bunlar olsa, Ermənistanla sülh sazişinin imzalanması ümumi vəziyyəti daha da yaxşı edə bilər”.

“O ki qaldı sülh müqaviləsinə, bu, ən çox Ermənistana lazımdır. Ağılları başlarına gəlsə, öz qoyduqları əngəlləri aradan götürərlər və Zəngəzur yolunun açılmasına icazə verərlər. Etməsələr, biz sözügedən yolu İrandan çəkəcəyik. Bundan başqa, digər sahələrdə də işlər davam edir. “Orta Nəqliyyat Dəhlizi” layihəsi işləyir, Çin, Mərkəzi Asiya dövlətləri, Azərbaycan, Gürcüstan və Türkiyə bununla maraqlanır. Fikrimcə, bu məsələdə üzərimizdə hər hansı bir ağır yük yoxdur. Hətta burada gərginlik və təlaş üçün heç bir əsas da görmürəm. Tərəflər öz yekun fikirlərini, əlbəttə ki, bir-birilərinə bildirəcək”.

Paylaşın:

Digər yazılar