QHT AGENTLİYİNİN TENDER MAXİNASİYALARI BRAZİLİYA SERİALINA ÇEVRİLİR
Növbəti dəfə QHT Agentliyində baş verən tender maxenasiyaları barəsində jurnalist, QHT sədri Mətanət Əsgərqızı öz feysbuk sosial şəbəkə hesabında paylaşıb. Mövzunun maraqlı olduğunu nəzərə alaraq təqdim edirik:
Hörmətli dostlar,əziz həmkarlar!
Mən maliyyəçi deyiləm, amma ən azı araşdırmaq qabiliyyətim var. Jurnalist araşdırmaları və QHT işi də mənə tender və maliyyə məsələlərini qismən öyrədib.
“e-tender.gov.az” səhifəsinə daxil olub QHT Agentliyinin bəzi tenderlərinə diqqət yetirmək kifayət edir. Ötən dəfə də digərləri haqqında yazmışdım. Guya tədbir icra olunub, amma saytlarda axtardım, üstəlik Agentliyin səhifəsinə baxdım, belə tədbirləri gördüm deyən olmadı.
İndi də növbəti bir saxta tenderi diqqətinizə təqdim edirəm. QHT Agentliyi guya “Xarici və yerli QHT-lər arasında mübadilə proqramının və beynəlxalq əməkdaşlıq forumu” keçirib. Zəhmət olmasa sizlər də bu tədbiri axtarışa verib baxın. Mən nə fiziki olaraq, nə də mediada bu adla və ya buna bənzər bir forumla rastlaşmamışam. Keçirdikləri digər forumların da özünün ayrılıqda şişirdilmiş rəqəmləri olan tenderləri olub.
Maraqlıdır ki, 178 890 manat vəsaiti VEGA TRAVEL-ə köçürüb necə mənimsədiyini yuxarıdakılar görmürdü? Əlbəttə görürdülər və hətta bölürdülər))
Artıq sayca 5 və ya 6-cı saxta tenderi ifşa edirəm. Amma Agentliyin Müşahidə Şurası hələ nəzarət funksiyasını işə sala bilmir, tədbir görə bilmir. Görünür hamıya bu vəsaitlərdən paket çatıb.
QHT Agentliyinə nəzarət edən yuxarı orqanlara sözüm yoxdur, çünki onlar bu məsələlərdən çoxdan xəbərdardır və maddi maraqları dövlət maraqlarına qurban verə bilməzlər.))) Xanım Əliyeva deməli, yuxarıya paket çatır, söhbət ölür!
Sözüm QHT Agentliyinin torllarınadır! Məni QHT sektorunu gözdən salmaqda ittiham edirsiniz, canınız sağ olsun. QHT Agentliyinin dövlət büdcəsini necə taladığını ifşa etmək QHT sektorunu gözdən salmaq hesab edirsinizə bu sizə verilmiş yanlış tezisdir. Xahiş edin tezisləri dəyişdirsinlər.
QHT sektorunu gözdən salan QHT Agentliyinin bu boyda korrupsiya əməllərinə göz yumanlar və 2-3 manat qranta görə bütün vicdanını satanlardır.
P.S. ” Ulu öndər Heydər Əliyevin Şuşa sevgisi” Respublika Konfransı 35230 manat , necə ciblərə getdisə, işlərinin açılmadığını görüb , 178 890 manatı mənimsədilər. Sizin isə hesabatlarınızı təqdim edərkən böyük məbləğdə pulunuzu yersiz kəsdilər, cürət edib arayış təqdim etmələrini tələb etmədiz. Əslində hamınıza gözdağı verdilər. Bəli, məhz Vətəndaş Cəmiyyəti 5-6 nəfər dediyiniz bizlər kimi olmalıdır. Ona görə də burnunuzu yuxarı tutub yanımızda çox da dik gəzməyin!