20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Madər Musayev İntizam komissiyasında başqa deputatla əvəzləndi – SİYAHI

 Madər Musayev İntizam komissiyasında başqa deputatla əvəzləndi – SİYAHI

Milli Məclisin İntizam komissiyası yenidən formalaşıb.

YeniZamantv.az xəbər verir ki, İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi parlamentin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan birinin – Madər Musayevin vəfat etməsidir.

Komissiyanın yeni üzvü kimi Kəmaləddin Qafarovun namizədliyi irəli sürülüb. Müzakirə və səsvermədən sonra onun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, Madər Musayev ötən ilin iyul ayında vəfat edib.

Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdədir:

1. Ağamalı Fəzail Rəhim oğlu

2. Həsənov Nurlan Urfan oğlu

3. Həsənova Afət Əbil qızı

4. İbrahimqızı Məlahət İbrahim qızı

5. İbrahimov Eldar Rza oğlu

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu

7. Məmmədov Hikmət Baba oğlu

8. Məmmədov Məşhur Şahbaz oğlu

9. Möhbalıyev Səttar Suliddin oğlu

10. Qafarov Kəmaləddin Nəsrəddin oğlu

11. Səfərov Nizami Abdulla oğlu.

Paylaşın:

Digər yazılar