23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanda bu kənddə xərçəng sürətlə yayılır: Sakinlər narahatdır

 Azərbaycanda bu kənddə xərçəng sürətlə yayılır: Sakinlər narahatdır

Qazax rayon Daş Salahlı kənd sakinləri rayonun icra başçısı Rəcəb Babaşova, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlayıb.

YeniZamantv.az Bakıvaxtı.az-a istinadən  xəbər verir ki, müraciətdə olduqca ciddi mətləblərə toxunulub.

Kənd sakinləri iddia edilər ki, Qazaxda, məxsusi olaraq, Daş Salahlı kəndində xərçəng və ürək infarktı sürətlə yayılır. Onların sözlərinə görə, həkimlər də təsdiq edirlər ki, bu hal Qazaxın digər kəndlərində ya müşahiə olunmur, ya da çox az müşahidə olunur.

“Niyə məhz Daş Salahlıda” sualını verən kənd sakinləri səbəbi də açıqlayırlar:

“Kəndin bilim adamları söyləyirlər ki, Daş Salahlıda yerləşən Avey dağında Sovet dönəmində uran aşkarlanıb. Hər kəs bilir ki, Avey dağının döşündən Damcılı bulağı süzülüb gəlir, eyni zamanda kənd camaatının istifadə etdiyi içməli su olan “anbar suyu” öz mənbəyini Aveydən süzələn sudan götürür. Görürük, aş olanda sinəsinə döyüb Qazağın ağsaqqalı statusunu öz üzərinə götürənlər, iş olanda külə dönürlər. İcra başçısının yanında, qabağında gözükölgəlidirlər, “ağızlarına su alıb oturublar”. Amma biz kənd sakinləri təzyiqlərə, təhdidlərə dözərik, dözürük, yeri gələndə sinə gəririk. Biz sakinlər Daş Salahlı camaatının sağlamlığı naminə bu məsələnin üzərinə gedib, aidiyyəti qurumlara müraciət ünvanlayıb, əhalinin içdiyi suyun tərkibinin yoxlanılmasına müyəssər olacağıq”.

Sakinlər Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova da çağırış ediblər:

“Son 10 ilin statistikasına baxın, görün Daş Salahlıdan nə qədər gənc infark və xərçəngdən dünyasını dəyişib?! Statistika əlinizdədir. Səbəbi də deyək: Avey dağını az qala hər gün partladırlar, dağı deşib, daş karxanası açırlar, açsınlar, etiraz etmirik, amma xoşbəxtliklərini kənd sakinlərinin bədbəxtliyi üzərində qurmasınlar. Bunu edəcəklərsə, qarşılarında bizi görəcəklər. Bu ölkə icra başçısından ibarət deyil. Nə də hamı başqaları kimi icra başçısının təhdidi ilə sistem altına düşmür. Biz cənab Prezident, möhtərəm İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın işığı, fədakarlığı, millətsevərliyinə, təəssübkeşliyinə sığınaraq, bu istiqamətdə intensiv addımlarımızı davam etdirəcəyik və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacağıq. Hər halda suyun tərkibindən şübhələnirik və müraciət edib, müzakirə apardığımız ziyalılar da buna dair şübhələrini gizlətmirlər. İnanmaq istəyirik ki, icra başçısı R.Babaşov bundan xəbər tutarsa, “əlini daşın altına qoyub” məsələnin araşdırılmasına çalışacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl kənd sakini, 33 yaşlı Məmmədalı Omarov ürək infarktından dünyasını dəyişib. Kənd sakinləri hesab edirlər ki, ucaboylu, sağlam, idmançı bir gəncin ürəktutmasından vəfat etməsi artıq SOS siqnalı vermək üçün bir zərurət və məcburiyyət yaradır.

Məlumat üçün bildirək, bir müddət öncə, Daş Salahlıdan olan Sübhan Qarakişiyev adlı bir gənc də ürək ifarktından dünyasını dəyişib.

Kənd sakinləri təlaşdadırlar.

Məsələylə bağlı Bakıvaxtı.az Qazax rayon İcra Hakimiyyətinə sorğu göndərib.

Paylaşın:

Digər yazılar