25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Həkimdən iddia: “Xəstəxanalarda həftələrdir “reaktiv” yoxdur”

 Həkimdən iddia: “Xəstəxanalarda həftələrdir “reaktiv” yoxdur”

Son günlər aktual olan mövzulardan biri də xəstəxanalarda pasientlərin üzləşdiyi növbəti problemlə bağlıdır.

Belə ki, xəstəxanaya müraciət edən xəstələrdə düzgün diaqnoz əldə etmək üçün həkimlər analiz məsləhət görürlər. Məhz xəstəliyin düzgün müalicəsi və pasientin sağlamlığının ən tez zamanda bərpa edilməsi üçün düzgün diaqnostika ən vacib məqamdır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, xəstələr müraciət etdikləri bəzi xəstəxanaların laboratoriyalarda reaktiv maddənin olmadığı deyilir. Nəticədə bu səbəbdən xəstə bir neçə xəstəxanaya müraciət etməli olur.

YeniZamantv.az xəbər verir ki, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq Aydın Əliyev də bu sahədə mövcud problemlərlə bağlı “Cebhe.info”-ya açıqlamasında bildirdi ki, analizlərin əksəriyyəti reaktiv maddələr vasitələ olunur:

“Məsələn, zob hormonu, vitamin D, kalsium, biokimyəvi anlaizlərin hamısı reaktiv maddələr vasitəsilə aparılır. Xəstələr isə daha çox laboratoriyalarda reaktiv maddələrin çatışmazlığından şikayət edirlə. Belə ki, pasient xəstəxanaya gedir, deyirlər ki, reaktiv maddə qurtarıb. Reaktiv maddəni isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin etməlidir. Xəstəlikləri vaxtında aşkarlamaq, sağlamlığı qorumaq üçün bu analizlər mütləqdir.

Məhz laboratoriyalarda reaktiv maddələrin çatışmazlığı səbəbindən pasient məcbur qalıb başqa yerə gedir, orada deyirlər burada da yoxdur, süründürməçilik edirlər. Bugünlərdə də fakt kimi qeyd etmişdim ki, bir xəstə Respublika Endikrinoloji Dispanserə müraciət edib. Orada ona analiz lazımdır və deyiblər ki, bizdə “reaktiv” qurtarıb. Xəstəyə 6 saylı Uşaq Kliniki Xəstəxanasın göndəriş veriblər və oradan da 7 saylı Uşaq Kliniki Xəstəxanası göndəriblər. Xəstəxandan pasient deyiblər ki, reaktiv maddə qurtarıb. Xəstə gedib özəl klinikada analiz verməyə məcbur olub.

Guya ki, TƏBİB belə problemlərin olduğunu bilmir. Nəticə çıxarsın, tənqiddir, ictimai qınaqdır. TƏBİB-in borcudur ki, xəstəxanaları “reaktiv”lərlə təmin etsin. Xəstəxanalarda həftələrlə “reaktiv” yoxdur. Nədi sizin işinizin adı? Xəstə nə qədər gözləməlidir?

Bu müayinələr üçün xəstənin hər ay öz əməkhaqqından, çalışdığı müəssisənin də büdcəsindən vəsait tutulur. Əgər xəstəxanada qurtarıbsa, müvafiq qurum vaxtında təmin etməlidir”.

 

Paylaşın:

Digər yazılar