19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı – FOTO

 Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı – FOTO

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 49 milyon 629 min ABŞ dolları dəyərində 51 min 388 ton günəbaxan yağı idxal edib.

YeniZamantv.az  FED.az-ın  məlumatını təqdim edir: Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 milyon 238 min dollar və ya 36,4% çox, həcm baxımından isə 8 min 432 ton və ya 14,1% azdır.

2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 36 milyon 391 min dollar dəyərində 59 min 820 ton günəbaxan yağı idxal edilib.

1 ton günəbaxan yağının idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 966 dollar, 2022-ci ilin eyni dövründə 608 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 357 dollar (58.8%) bahalaşma baş verib.

Ümumilikdə isə 1 kq günəbaxan yağının idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 1,64 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 1,03 manata (0,61 manat bahalaşma) başa gəlib.

Paylaşın:

Digər yazılar