21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İcbari tibbi sığorta bizi nələrdən sığortalayır?

 İcbari tibbi sığorta bizi nələrdən sığortalayır?

2023-cü il ərzində əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2023-cü il ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəricilərinə görə, dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib.

Bu o deməkdir ki, ölkə əhalisinin 52%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 70.2 milyon olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib.

YeniZamantv.az xəbər verir ki, Rəqəmlərin yüksək olmasının səbəbi ilə bağlı “Cebhe.info”-ya açıqlama verən tibb elmləri doktoru, professor, həkim Adil Qeybulla bildirib ki, icbari tibbi sığortanın təşəkkül tapması xeyli sayda insanın bu imkanlardan yararlanmasına şərait yaradır:

 

 

“Əvvəla müəyyən profilaktik məqsədlə müayinələrə gedən xəstələr, əvvəldən xəstə olub dinamik müşahidə üçün müayinələrə gedən və ümumiyyətlə öz xəstəliyini artıq ləngitməyən şəxslər var.

Bunlar da ümumi statistikaya təsir edir. İcbari tibbi sığortanın bir önəmi də bundan ibarətdir ki, yavaş-yavaş müəyyən xəstəliklərin, bəzi “Check-up” və profilaktik müayinələrin də daxil edilməsi ilə genafondun sağlamlığı istiqamətində xeyli addımlar atılır.

Həmçinin bəzi xəstəliklərin erkən aşkar edilməsi, vaxtında qarşısının alınması üçün imkan yaranır. Məhz müraciətlərin sayının artması təsadüfi deyil”.

Paylaşın:

Digər yazılar