22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qarabağ Universitetində 10 min tələbə təhsil alacaq

 Qarabağ Universitetində 10 min tələbə təhsil alacaq

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas üzrə tədris aparılacaq.

YeniZamantv.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq:

“Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur”.

O qeyd edib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur.

Nazir müavinin sözlərinə görə, ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır: “Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar”.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Nazirlər Kabineti “Qarabağ Universitetinin Nizamnaməsi”ni təsdiq edib. Universitet Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; – elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması. (modern.az)

Paylaşın:

Digər yazılar