21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Səxavət Məmməd: Düşünürəm ki, bu seçki bir dönəmin sonu, başqa bir dönəmin başlanğıcı olacaq, olmalıdır

 Səxavət Məmməd: Düşünürəm ki, bu seçki bir dönəmin sonu, başqa bir dönəmin başlanğıcı olacaq, olmalıdır
Azərbaycanda siyasi sistem, siyasi münasibətlər, siyasi partiyalar məhz Qarabağa görə, Qarabağ ətrafında formalaşmışdı. Ən azı dünənə qədər bu belə idi. Hesab edirəm ki, Qarabağ ətrafında formalaşma, Qarabağ üzərindən hesablaşmaya elə dünən nöqtə qoyuldu, qoyulmalıdır!
Müxalifət yeni yön, yol tapmalıdır. Elə hakimiyyət də. Bu seçki də Qarabağın meyvəsi idi. Qarabağ meyvəsi 7 il sonra çürümüş olacaq.
Növbədənkənar prezident seçkiləri elan olunanda bəzilərindən fərqli olaraq bunun daxili amillər üçün nəzərdə tutulduğunu düşünmürdüm, nə üçün edildiyini də yazmışdım. Yenidən yazıb vaxt almaq istəmirəm.
İcbari qaydada seçkilərə xeyli insan səfərbər edilmiş ola bilər. Ancaq könüllü şəkildə seçkilərə qatılanlar məcburilərdən daha çox idi. Həyatı boyu seçkilərə qatılmayan insanlar var idi ki, sırf Qarabağ məsələsinə görə seçkiyə qatıldı. Onlarla insan tanıyıram ki, “Qarabağı kim alsa, ona səs verəcəm deyirdi”, o adamların sözünü tutduğunu gördüm, bildim. Pensiyası kəsilən, haqsızlığıa məruz qalmış, sosial problemlər içərisində boğulan insanlar var idi ki, seçkiəyə getdi və İlham Əliyevə səs verdi. Səbəb? Bu ölkənin problemlərini sadalasaq bir nömrə Qarabağ yazırdıq, sonra digərləri. Dolayısı ilə bir nömrəli problemin həll edilməsinə səs verildi. İstər iqtidar, istər müxalifət uzun illərdir ki, xalqın beyninə bir şeyi yeritmişdi – Qarabağ proplemi həll olsa, ölkə güllük, gülüstan olacaq. Xalq buna inandırılmışdı, inanırdı. Artıq bir nömrəli problem həllini tapıb. Qalıb, digərləri.
Qarabağ ölkədə həm də ideoloji xətt sayılırdı. Qarabağ problemi həll olmaqla, ölkədə idioloji boşluq da yaranıb. İndi ölkədə təkcə digər problemləri həll etməklə yanaşı, ideoloji boşluğu da doldurmaq lazımdır. Bunun üçün başlar işləməli, yeni kadrlar tapılmalıdır. Milyonlar, milyardlar, xalqı qul kimi görən beyinlərə refreş vermək lazım gələcək. Onlar ya yandırıb söndürəndən sonra düzəlməlidirlər, ya da yenisi ilə əvəz olunmalıdırlar.
Bu ifadəyə çox rast gəldim. Rəqabət mühiti. Zaraft edirsiniz? İlham Əliyev Zahid Oruc, Fuad Əliyev, Qüdrət Həsənquliyevi rəqib görürdünüz? Hətta dünən axşam qəribə hisslər də keçirdim. İstedaları ilə görməyəcəkləri yerə çıxanlar “qələbə, qələbə” deyə özlərinə əl qatmışdı. Bir səslərin faizinə baxdım, bir də namizədlərin adlarına. İlahi, bu adamlar İlham Əliyevə o adları rəqib görüb bu oyunu çıxarır? Yaltaqlıq, yaranmaq, özünü sırımaq bəzən yaltaqlandığı yerlərə daha pis zərər verir. Misal üçün bir neçə müəllimin karusel videosu yayılıb. Bu hakimiyyəti həmişə tənqid edən adamlar belə səmimi söhbət zamanı deyirdi ki, Norveç demokratiyası belə olsa İlham Əliyev seçiləcək. Bunu hakimiyyət də bilirdi. Yaxşı o karusel kimin başının altında çıxmışdı? Yaltaqlanmaq, yaranmaq, özünü sırımaq istəyənlərin. Bunu mediada da gördük, ictimai sahədə də, elə hər yerdə.
Bəzən deyirlər, hadisə baş verir, ən son rekasiya verirsən. Ən sevdiyim şey müşahidə etməkdir.
Düşünürəm ki, bu seçki bir dönəmin sonu, başqa bir dönəmin başlanğıcı olacaq, olmalıdır.

Səxavət Məmməd

Paylaşın:

Digər yazılar