“80 manat və 3 bal” – Sürücülərin çoxu bu qadağadan xəbərsizdir
Avtomobil sahiblərinin böyük əksəriyyəti uşaqların hansı yaşdan sonra ön oturacaqda əyləşməsinə icazə verildiyindən xəbərsizdir.
Maraqlıdır, mövcud qaydaya əsasən bu necə tənzimlənir?
YeniZamantv.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, xüsusi oturacaqlar yerləşdirilibsə, yaşından asılı olmayaraq uşaqlar ön oturacaqda əyləşə bilər:
“Avtomobilin ön oturacağı xüsusi avadanlıqla təchiz olunmayıbsa, bu halda yalnız 12 yaşından böyük uşaqlar qabaqda əyləşmək hüququna malikdir. Əgər bu qaydalar pozularsa, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən avtomobil sahibləri 80 manat və 3 bal həddində cərimə oluna bilərlər.