21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qisas almaq üçün üzünü cıran ayıya etdikləri hər kəsi ŞOKA SALDI

 Qisas almaq üçün üzünü cıran ayıya etdikləri hər kəsi ŞOKA SALDI

6 ay əvvəl İsveçdə ov edərkən ayının hücumuna məruz qalan və ayını güllələyərək öldürən ovçu Evert Sundström, yanağını qoparan ayının ətindən hazırladıqları yeməkdən danışıb.

YeniZamantv.az xəbər verir ki, İsveçdə dəhşətli hadisə baş verib . 42 yaşlı ovçu Pär Sundström və onun 14 yaşlı oğlu Evert Sundström ötən ilin avqustunda ayının hücumuna məruz qalıb. Xəstəxanaya çatdırılan Sundström üzündən 13 saatlıq əməliyyat olunub.

Onlara hücum edən ayını öldürən Sundström bildirib ki, ov yoldaşları ayını parçalara ayıraraq ətini onlara göndəriblər. Sundström bildirib ki, ayı ətindən gulaş, kabab və taco hazırlayırlar.

İsveçin Lyusdal şəhərində baş verən hadisədə ayı ovçunu yerə yıxıb, sonra isə üzünü dişləyərək yanağının sağ hissəsini sındırıb. Bu zaman oğlu müdaxilə edərək ayının başını vurmağa başlayıb. Daha sonra ayı Evertə dönüb onun qolundan dişləyib, Evert isə digər qolu ilə ayıya müqavimət göstərməyə çalışıb.

Sundströmün paylaşdığı məlumata görə, hadisədən sonra keçirdiyi 13 saatlıq əməliyyatda yanağını yerinə tikmək mümkün olmadıqda, ayağından alınan toxuma yanağına köçürülüb.

Paylaşın:

Digər yazılar