20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

2027-ci ildə kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək

 2027-ci ildə kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək

Yaşa görə əmək pensiyası ömürlük təyin edilməklə, onun məbləği şəxsin sığorta göstəricilərinə əsasən fərdi hesabında toplanmış kapitala uyğun hesablanır.

YeniZamantv.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 1 yanvar 2019-cu ildən qüvvəyə minib. Dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində pensiyanın elektron qaydada təyin edilməsinə başlanılıb.

Buna baxmayaraq, pensiya təyinatının avtomatlaşdırılması hələ ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi (güzəştli şərtlərlə əmək pensiyası hüququ qazananlar) ilə yanaşı, 20-ci maddəsində də nəzərdə tutulmuş qruplara (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s.), ümumilikdə 20 faiz şəxslərə şamil olunmayıb. Əmək pensiyası yaşı həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan və ya əmək qabiliyyəti olmayan şəxslərin isə sosial müavinət almaq hüququ vardır.

2023-cü ilin 1 iyulundan 2024-cü ilin 30 iyununadək kişilərin əmək pensiyasına çıxmaq yaşı 65, qadınlarda isə 63 il 6 ay təyin olunub. Tarixlər və kişilərin yaş həddi saxlanılmaqla, 2025-ci ildə qadınların əmək pensiya yaşı 64 yaş, 2026-cı ildə 64 yaş 6 ay, 2027-ci ildə isə 65 yaş təyin olunaraq kişilərlə bərabərləşdiriləcək.

 

Paylaşın:

Digər yazılar