Daha bir ölkə Rusiya ilə müharibəyə hazırlaşmağa çağırış etdi
Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişə NATO ölkələrinə də keçə bilər.
YeniZamantv.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya rəhbərliyi Finlandiya və İsveçin NATO-ya üzv olmasına cavab verə bilər.
Norveç hərbi idarəsinin rəhbəri ölkəni Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb:
“Biz vaxtında və müttəfiqlərimizlə birlikdə cavab verməyi bacarmalıyıq”.
Nazir qeyd edib ki, o, Rusiyanın müttəfiq ölkələr kimi olacağına dair heç bir əlamət görmür. Bundan əlavə, Byorn Arild Qram hesab edir ki, hazırda Norveç hava hücumundan müdafiə və dəniz qüvvələrinə xüsusilə sərmayə qoymalıdır.
“İltalehti” yazır ki, son həftələrdə İsveç, Almaniya, Böyük Britaniya, Rumıniya və Baltikyanı ölkələrin hərbi idarə və hökumətlərinin nümayəndələri Rusiya ilə NATO-ya üzv ölkələr arasında mümkün münaqişə barədə məlumat veriblər. Yanvarda NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer demişdi ki, NATO yaxın iyirmi ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür bəyanatları absurd adlandırıb.