20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

6 nəfəri öldürən, 99 nəfəri yaralayan terrorçuya hökm oxundu: Edam etsəniz də…

 6 nəfəri öldürən, 99 nəfəri yaralayan terrorçuya hökm oxundu: Edam etsəniz də…

İstanbulun İstiqlal prospektində baş vermiş terror aktı ilə bağlı Suriya əsilli Əhlam Əlbəşirin məhkəmə prosesi yekunlaşıb.

YeniZamantv.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokuror 6 nəfərin ölümünə, 99 nəfərin yaralanmasına səbəb olan Əhlam Əlbəşir və 35 müttəhim haqqında tələbəini açıqlayıb.

Təqsirləndirilən Əlbəşir “Dövlətin və ərazi bütövlüyünün vəhdətini pozma, silahlı terror təşkilatı yaratma və ya idarə etmə, silahlı terror təşkilatına üzv olma, qəsdən partlayış törədərək adam öldürmə” maddələri ilə ittiham edilib. Məhkuma ömürlük həbs cəzası verilib.

Terrorçunun son sözü belə olub: “Mənə dedilər ki, yalnız turist kimi gedəcəksən, ancaq fotoşəkil çəkəcəksən. Gecələr yata bilmirəm. Mən yetiməm və heç kimin yetim qalmasını istəmirəm. Məni edam etsəniz də, buna etiraz etməyəcəm”. (publika.az)

Paylaşın:

Digər yazılar