22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bakı qurulan oyunları darmadağın etdi: Azərbaycan böyük savaşa hazırlaşır – “Türkiyə” qəzetindən SENSASİYA

 Bakı qurulan oyunları darmadağın etdi: Azərbaycan böyük savaşa hazırlaşır – “Türkiyə” qəzetindən SENSASİYA

“Türkiyə” qəzetində (“Türkiye” gazetesi) Azərbaycandakı seçkilər və Cənubi Qafqazdakı siyasi proseslərlə bağlı yazı dərc edilib. Şeyda Karacanın müəllifi olduğu yazıda bir çox önəmli məqamlara yer verilib.

YeniZamantv.az Musavat.com-a istinadən həmin yazını təqdim edir:

“Fransa da daxil olmaqla 8 ölkə Ermənistana silah verir. Qərblə İranın ortaq məqsədi Türk Birliyinin qarşısını almaqdır. Təhlükəni görən və növbədənkənar seçkilərlə özünə inam qazanan İlham Əliyev İrəvana “son zərbəni” vurmağı gözləyir.

Yılmaz Bilgenin xəbəri

Azərbaycanın Qarabağ zəfəri Ermənistanı dəstəkləyən Qərbi narahat etdi. Bəzi ölkələr, xüsusilə Fransa Bakıdan başqa Xankəndi, Şuşa şəhərlərinə, Zəngilana sızmağa çalışır. Digər tərəfdən, Ermənistana 8 fərqli ölkədən qabaqcıl silah və döyüş texnologiyası idxalı başlayıb. Qlobal qüvvələr 2 illik müddətdə regionda genişmiqyaslı münaqişə mühiti planlaşdırır. Bakıda qəzetimizə danışan Azərbaycan hakimiyyətinə yaxın şəxslər bu gərginliyi öncədən gördüklərini və buna görə də seçkiləri önə çəkməklə qarşıdan gələn çətin prosesdə siyasi, iqtisadi və hərbi cəhətdən güclü olmaq istədiklərini bildirdilər.

Türk Birliyi qorxusu

Erməni işğalından azad edilən Qarabağ yenidən qurulur. Xüsusən də Zəngəzura qədər uzanan Bakı-Ağdam xəttində işlər əsasən yekunlaşıb. Beynəlxalq əlaqələr üzrə ekspert Taleh Əliyev deyib: “Xarici qüvvələrin məqsədi bu dəhlizi neytrallaşdırmaqdır. Terrorçuların düşərgələrinin və İrəvana daşınan silahların məqsədi bəllidir. Qarabağ məğlubiyyətini qəbul etmək istəmirlər. Biz çirkin gündəmdən xəbərdarıq. Müharibə istəməyən, lakin vətənini müdafiə etmək əzmində olan bir xalq olaraq hər cür fədakarlığı edəcəyik”.

Bakının Zəngəzurla bağlı qətiyyətinə diqqət çəkən Taleh Əliyev bildirib:

“Biz bu cür kritik dəhlizi ermənilərin təşəbbüsünə və ya müxtəlif xarici diqqətlərə buraxmayacağıq. Amma türk dünyasını birləşdirən bu layihə yeni Qafqaz xəritələri hazırlayan aktyorları qorxudur. Ona görə də Türk Birliyinin əsas elementini sabotaj edirlər”.

Azərbaycanı yaxşı tanıyan, hazırda təqaüddə olan general Yücel Karauz prosesi belə xülasə edib:

“Türkiyə və Azərbaycan təhlükənin mütləq fərqindədir. Müştərək ordu strukturuna keçən iki ölkə indi də ortaq hava məkanını yaradır. Bütün təyyarələr harmoniya və inteqrasiya baxımından birgə hərəkət edir. Gəncədə hər bir hərəkəti Elazığ bazası görür. Yaxud Bakıda-Xəzərdə nə baş verirsə, Egeydəki türk hərbi qüvvələri bilir. Bütün silah sistemlərimiz inteqrasiya olunub. Aramızda NATO-nun 5-ci maddəsinə ekvivalent əməkdaşlıq müqaviləsi imzalanıb”.

Son zərbə yerləri

Qafqaz prosesində dönüş nöqtəsi kimi göstərilən Qarabağın yenidən Azərbaycana birləşdirilməsi regionun bir çox ölkələrinin layihələrini dərindən sarsıtdı. İran və Fransa illərdir istismar etdikləri qızıl və mis yataqlarını itiriblər. İranın da regionda qurduğu narkotik ticarəti darmadağın olub. Qafqazda Rusiya, İran və Fransa arasında nüfuz mübarizəsində mühüm yer tutan Qarabağın yeni statusu ilə yanaşı, Ukrayna müharibəsi, enerji və kənd təsərrüfatı sahələrində yeni balansın yaranması bölgənin əhəmiyyətini artırıb.

Azərbaycanlı ekspert Elməddin Behbud bununla bağlı deyib ki, ermənilərə silah göndərilməsi əbəs deyil:

“Onlar uyğun bildikləri erməni ünsürlərini hücuma keçirəcəklər. Cənubi Qafqazla bağlı müxtəlif hesablar var. Qəzza gərginliyi Livan, Suriya, İraq və İranı əhatə edərsə, bu vəziyyətin Qarabağa da yansıması ehtimalı yüksəkdir. Dövlətimiz erməni təhlükəsi ilə yanaşı, bu ehtimalı da nəzərə alır. Azərbaycanı zəiflətmək adı ilə talış, tat və kürd vətəndaşlarımızı təhrik etmək planları qururlar. Türkiyə ilə hərbi, iqtisadi və milli bağ qurduq. Əgər təxribat və ya hücum olarsa, prosesin sonunda hələ də erməni işğalı altında olan Gorus, Sisyan, Mehri, Qafan və Naxçıvan vətənə qoşulacaq”.

***

Qardaş və müttəfiq olan Türkiyə və Azərbaycan quru və dəniz müdafiə silahlarının, xüsusilə İHA/SIHA (PUA) texnologiyasının tədarükü sahəsində əməkdaşlıq edir. Qarabağ qələbəsində mühüm rol oynayan “Bayraktar TB2”lərdən sonra iki ölkə yeni addım atıb. Ötən həftə Azərbaycan səmasında uçan “Akıncı”nı Səlcuq Bayraktar və Prezident İlham Əliyev birgə idarə edib.

 

Paylaşın:

Digər yazılar