23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İrəvan hərbçimizi yaralayanın həbs olunacağını vəd etdi

 İrəvan hərbçimizi yaralayanın həbs olunacağını vəd etdi

Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır.

YeniZamantv.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin bəyanatında bildirilib.

“Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya qərar qəbul etməyə borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət (atəş açmaq zərurəti – red.) olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, – məlumatda vurğulanıb.

Qeyd edək  ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Paylaşın:

Digər yazılar