Avropa Şurasından sərhəddəki gərginliyə REAKSİYA
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan şərti sərhədində baş verən toqquşmaya münasibət bildirib.
YeniZamantv.az xəbər verir ki, M.Buriç bu barədə “X” platformasında paylaşım edib.
O, Azərbaycan-Ermənistan sərhədində atışmadan narahat olduğunu bildirib:
“Mən hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırıram. Dialoq davamlı sülh üçün yeganə yoldur”.
Qeyd edək ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. (globalinfo.az)