20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Estoniya kəşfiyyatı: Rusiya Qərblə hərbi münaqişəyə hazırlaşır

 Estoniya kəşfiyyatı: Rusiya Qərblə hərbi münaqişəyə hazırlaşır
Rusiya qarşıdakı onillikdə Qərblə silahlı qarşıdurmaya hazırlaşır və bu qarşıdurmaya təchiz olunmuş hərbi birləşmələr mane ola bilər.
YeniZamantv.az  “Röyter”ə istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Xidməti bildirib.
Agentliyin məlumatına görə, getdikcə daha çox Qərb rəsmiləri Rusiyadan NATO-nun şərq cinahında yerləşən ölkələrə hərbi təhlükənin artacağı barədə xəbərdarlıq edir və Avropanı yenidən silahlanmaya hazırlığı gücləndirməyə çağırırlar.
Almaniyanın ən böyük hərbi-sənaye şirkəti Rheinmetall-ın rəhbərinin sözlərinə görə, Avropanın silah-sursat anbarlarını doldurması və “NATO ilə döyüşmək istəyən təcavüzkardan” müdafiəyə tam hazır olması üçün ən azı on il vaxt lazımdır. Onun fikrincə, Avropanın arsenalı praktiki olaraq boşdur.
Estoniya kəşfiyyat xidmətinin rəhbəri Kaupo Rosin isə Rusiyanın NATO üzvü olan Finlandiya və Baltikyanı ölkələr olan Estoniya, Litva və Latviya ilə sərhəddə yerləşdirilən qoşunlarının sayını iki dəfə artırmaq planlarını xatırladıb.
“Rusiya uzunmüddətli qarşıdurma yolunu seçdi və Kreml yəqin ki, yaxın onillikdə NATO ilə mümkün münaqişəni proqnozlaşdırır”, – Rosin Estoniyanın milli təhlükəsizliyinə təhdidlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, qısamüddətli perspektivdə Rusiyanın hərbi hücumu ehtimalı çox azdır, çünki o, Ukraynada qoşun saxlamağa məcburdur. Avropada qoşunların gücləndirilməsi ilə Rusiya ordusunun güclənməsinə qarşılıq verilsə, hərbi toqquşma ehtimalı indiki səviyyədə qalacaq.
“Hazırlıq görməsək, Rusiyanın hərbi hücuma keçmək ehtimalı daha yüksək olacaq”, – deyə o əlavə edib.
Paylaşın:

Digər yazılar