23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Üç ölkə “Zəngəzur dəhlizi”ni tələb edir, biz “yox” deyirik – Paşinyanın silahdaşı

 Üç ölkə “Zəngəzur dəhlizi”ni tələb edir, biz “yox” deyirik – Paşinyanın silahdaşı
“Azərbaycanlıların bizə qarşı əsas tələbi “Zəngəzur dəhlizi”dir. Rusiya da bunu tələb edir. Dəhlizə nəzarət Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilməlidir”.
YeniZamantv.az “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasının deputatı, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan bildirib.
“Yəni, burada hamı Zəngəzur dəhlizinin olmasını istəyir”. Türkiyə də, Rusiya da, Azərbaycan da bunu istəyir. Amma İran deyir ki, bu dəhliz bizim üçün qırmızı xəttdir. Biz başa düşməliyik ki, bu dəhliz nəyə başa gələcək? “Dünyanın kəsişməsi” deyəndə biz bu yolların açılmasına razıyıq, lakin onlar bizim nəzarətimizdə olmalıdır. Biz demirik ki, onlar açılmayacaq. Amma ruslar, türklər, azərbaycanlılar deyir: yox, sən idarə etməyəcəksən. Ərdoğan hələ yenidən seçilməmiş Naxçıvanda dedi ki, bu yol bizə lazım deyil, biz İrandan keçən yolla gedəcəyik, ermənilər bu yolu açmadıqlarına peşman olacaqlar. Seçkilərdən sonra yenə deyirlər ki, “Zəngəzur dəhlizi” lazımdır. Onlar diplomatik oyun oynayırlar, bizsə deyirik ki, yox, olmaz. Biz diplomatik oyun oynayanda artıq bəzi müxalifətçilərimiz deyirlər: yalan danışırsız. Anladığım qədər, diplomatiya aldatmadır”, – Melkonyan bildirib.
Xatırladaq ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələrinin keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan MN-in məlumatına görə, əməliyyat zamanı 4 erməni hərbçisi həlak olub.
Paylaşın:

Digər yazılar