20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Prezident və birinci xanım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

 Prezident və birinci xanım Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

YeniZamantv.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Paylaşın:

Digər yazılar