20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Prezidentin maşını yaxından görüntüləndi: diqqətçəkən məqam – FOTO

 Prezidentin maşını yaxından görüntüləndi: diqqətçəkən məqam – FOTO

Tanınmış nəqliyyat eksperti Elməddin Muradlı Prezident İlham Əliyevin avtomobili ilə bağlı maraqlı məqama diqqət çəkib.

YeniZamantv.az xəbər verir ki, o, Prezidentin maşınında qara şüşələrin olmadığını vurğulayıb.

E.Muradlı Prezidentin avtomobilini bəzi məmurların avtomobili ilə müqayisə edib.

“Cənab Prezident andiçmə mərasiminə gedir. Maşınına baxın – pərdə yox, plyonka yox. Amma bu ölkədə elə məmurlar var ki, maşınının hər yerini plyonka ilə tündləşdirir. Hələ səfirlik maşınlarını demirəm. Qanunları təsdiq edən Birinci adam qaydalara əməl edirsə, məmurlar niyə özlərini gizlədib, maşını pərdə-plyonkaya bürüyürlər?”, – deyə Elməddin Muradlı bildirib.

Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Dövlət başçısının andiçmə mərasiminə gedərkən çəkilmiş fotosu maraq doğurub.

Paylaşın:

Digər yazılar