23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Elçinlə Aydan 14 fevralda boşandı

 Elçinlə Aydan 14 fevralda boşandı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

YeniZamantv.az  xəbər verir ki, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

A.Rüstəmxanlı 2017-ci il təvəllüdlü oğlunun onda qalmasını və qarşı tərəfin aylıq aliment ödəməsini tələb edib. O məhkəmədə bildirib ki, ailədə münasibətlər davam edə bilməyəcək formada sarsılıb və bir-birilərinə inam-etibarları qalmayıb.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasında 2016-cı ildə bağlanmış rəsmi nikah ləğv edilib. Qadının tələbləri qəbul edilib. 

Qeyd edək ki, cütlüyün boşanması haqda ilk xəbəri Metbuat.az yayıb.

Paylaşın:

Digər yazılar