23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Əli Əsədovun əleyhinə səs verən deputat məlum oldu…

 Əli Əsədovun əleyhinə səs verən deputat məlum oldu…

Bu gün Milli Məclisin iclasında Əli Əsədovun Baş nazir təyin edilməsi məsələsi müzakirə olunub. Deputatlar onun yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib. Parlamentin qərarından sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov Baş nazir təyin olunub.

Milli Məclisdə keçirilən iclasda deputatlardan 1-i onun Baş nazir təyin edilməsinə razılıq verilməsinin əleyhinə olub, 1 nəfər isə bitərəf qalıb. Səsvermə gizli keçirildiyindən Əli Əsədovun əleyhinə səs verən və bitərəf qalan deputatların kim olduğu açıqlanmayıb.

Məlumata görə, bitərəf qalan deputat Erkin Qədirli olub.

Onun təmsil etdiyi REAL Partiyasının icraçı katibi Natiq Cəfərli saytımıza açıqlamasında məlumatı təsdiq edib.

Deputat Qüdrət Həsənquliyev isə Əli Əsədova səs vermədiyini bildirib.

“Hökumətin fəaliyyətindən narızı olduğum üçün ona səs vermədim. Amma onu təbrik edirəm və fəaliyyətində uğurlar arzu edirəm. Baş nazirin namizədliyi parlamentdə geniş müzakirə olunmalı və müzakirələrin nəticəsindən asılı olaraq münasibət bildirilməlidir”, – o, partiyasının qəzetinə açıqlamasında deyib. (modern.az)

Paylaşın:

Digər yazılar