23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

…“ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır…”

 …“ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır…”
Azərbaycanın təhlükəsizliyinin risklərini kim öz üzərinə götürəcək?
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının çox əhəmiyyətli bir hissəsi ideoloji risklər, xarici təhdidlər və təhlükəsizlik məsələləri ilə bağlı idi.
Düşünürəm ki, inauqurasiya nitqinin mətnlərini təhlil edərkən bu amil üzərində daha çox dayanmaq lazımdır. O, bu barədə danışmamışdan öncə Azərbaycanın “yeni dövrə” qədəm qoyduğunu da bildirdi. “Bütün mümkün olan potensial risklərin ölkəmizin hüdudlarından kənarda yerləşdiyini və formalaşdığını” bildirən İ.Əliyev fiziki və ideoloji risklərdən qorunmağın vacibliyini önə çəkərək, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini əsas prioritet məsələ kimi müəyyənləşdirmiş oldu. İ.Əliyevin problem və təhlükələri “fiziki və ideoloji risklər” ifadəsi adı altında təsnifatlandırması təsadüf deyil. O, dəqiq bilgilərə sahibdir, təhlükələrin mənbəyini və hədəflərini doğru səciyyələndirir. Prezident hesab edir ki, ölkə daxilində risklər yoxdur, potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir. Diqqət edirsinizsə, İ.Əliyev ideoloji risklərdən danışarkən ailə dəyərlərinin, ənənəvi milli xüsusiyyətlərin qorunub saxlanılmasını, “yad və mütərəqqi” dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsini, gənclərin beyinlərinin zəhərlənməsinin qarşısının alınmasını önə çəkərək, xalqı bu istiqamətdə milli həmrəyliyə səslədi.
Bəs, xaricdə yerləşən, formalaşan və Azərbaycana ixrac edilən təhlükələr hansılardır?
Hesab edirəm ki, narkomaniyanın və narkotik maddələrinin istifadəsinin sürətlə yayılması, Qərb ölkələrindən “qadın azadlığı” adı altında cəmiyyətə yeridilən fahişəlik və feminizm, ABŞ-ın siyasi-dini cərəyanlar modeli, ənənəvi dəyərlərə tamamilə ziddi olan LGTB, cinayətkarlığın artımı, çoxtəriqətli radikal dindarların formalaşması, radikal cərəyanların kriminal qruplarla birləşməsi, “hüquq və azadlıq” adı altında genefonda qarşı yönələn mənəvi terror, mental dəyərlərə hücum – gənclərin beyinlərinin yuyularaq ənənəvi milli təfəkkürdən uzaqlaşması və s. xaricdən Azərbaycana qarşı yönələn əsas kataloq təhlükələrdir.
Heç şübhəsiz, Azərbaycan əsas strateji hədəfə – Qarabağın azad edilməsinə “yad dəyərlər”lə deyil, ənənəvi milli-mənəvi dəyərlər üzərində hərəkət etməklə nail olub. Ölkənin ərazi bütövlüyünün tam təmin edilməsində cəmiyyətimizə yeridilən uzunmüddətli “mütərəqqi” dəyərlərin rolu heç sıfır faiz deyil.
Narkotik maddələrinin miqdarının və satışının azalacağı təqdirdə avtomatik olaraq, cinayətkarlığın səviyyəsinin də aşağı düşəcəyi heç bir şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, hazırda məhbus həyatı yaşayan şəxslərin təxminən 40%-dən çoxu narkotik maddələrlə (CM-234-cü) həbs edilən şəxslərdir. Milli genefondu fiziki və mənəvi baxımdan məhv edən narkomaniyanın qarşısının alınması “yeni dövrü”ün əsas tələbi kimi ortaya qoyulmalıdır.
Yuxarıda sadalanan istiqamətlər üzrə təhlükəsizlik tədbirlərinin inzibati üsullarla həyata keçirilməsi cəmiyyətdə aqressiyanı artıra bilər. İdeoloji təhlükələrin qarşısı daha çox ideoloji tədbirlərlə alınmalıdır. Hər hansı təhlükə varsa, kütləvi həbslərdən yayınmaq lazımdır, çünki kütləvi həbslər qondarma ittihamlara da yol açır. Kütləvi həbslərdən yayınmaq üçün isə həmin təhlükəni vaxtında görüb təhlükəsizlik tədbirləri görmək daha məqsəduyğun olardı. Məsələn, xaricdən yönələn hər hansı təhlükənin qarşısını almaq üçün bu və ya digər şəkildə cinayətkar şəbəkənin iştirakçılarına çevrilmiş yüz nəfər şəxsin deyil (taktiki və səs-küylü), “ana baza” hesab olunan iki şəxsin – (strateji, vaxtında, sensasiya doğurmadan) həbsi daha məqsədəuyğundur.
İ.Əliyevin məsul şəxslər, dövlət qurumları və cəmiyyət qarşısında doğru məsələlər müəyyənləşdirdiyini düşünürəm. Özünün də qeyd etdiyi kimi, “ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır…”.
Deməli, hər kəs öz işini görməlidir.
Müəllif: Samir Feyruzov
Paylaşın:

Digər yazılar