20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT sədrindən çağırış-Yordunuz bizi, daha durun

 QHT sədrindən çağırış-Yordunuz bizi, daha durun
Xocalı Soyqırımını Tanıtma” ictimai  birliyinin sədri  Ceyran Əzizova feysbuk sosial şəbəkə hesabında bir yazı paylaşıb.
YeniZamantv.az maraqlı və aktual olan həmin  yazını təqdim edir:
Sabahınız xeyir dəyərli dostlar.
Bu gün ölkəmiz üçün çox vacib olan bir məsələyə toxunmaq və bu məsələni ölkə rəhbərliyi səviyyəsinə çatdırmaq istəyirəm. Övladına hörmət qoyan  hər bir valideyndən,vətəndaşdan dəstək istəyirəm. Biz susduqca bunlar daha irəli gedirlər. Artıq yetər! Dünyanın heç bir kanalında belə küçə ağzıyla danışıb, onu- bunu hədələyən ekspertlərə rast gəlmirik.Bu ancaq bizdədir. Bizim millət budurmu? Deyil! Amma və lakin, şounun xatirinə övladlarımızın əsəbini pozan, nəvələrimizin tərbiyəsinə təsir edən dəvətsiz qonaqlarımıza “evimizə gəlməyin” deməyin vaxtıdır. Bunların üzündən televizorları bağlamışıq. Məcburən sosial şəbəkələrə girirlər. Mənim sözüm Zaurlara,Xoşqədəmlərə, Elgizlərə və kanal rəhbərlərinədir: Yordunuz bizi daha durun!Ekspert mədəni, sakit, ağıllı məsləhətləri ilə qarşısındakına yol göstərə biləcək insanlar olmalıdır. Çoxları çıxıb  barmaq silkələyir, qışqırır, efirdə verlişə dəvət olunan şəxsə “sən kimsən?” demək də elə ən böyük tərbiyəsizlikdir. Mən belə hesab edirəm və burdan üzümü ölkə Prezidentinə tutub müraciət edirəm:
CƏNAB PREZİDENT!
İşinizin çoxluğunun fərqindəyəm. Amma bizə SİZDƏN kömək istəməkdən başqa yol qoyulmadı.Şou proqramlarındakı biabırçılıqlara bir son qoyulması üçün göstəriş verməyinizi çox xahiş edirəm.Bu xalqın gələcəyi məhvə gedir. Azərbaycan xalqının  80 faizi əminəm ki, mənimlə həmfikridir.Biz bunların üzündən yerli kanalları izləyə bilmirik.Mən vətəndaş olaraq xahiş edirəm,  ekspert seçilərkən mütəxəssislər, ziyalılar ,bir də xalqa söz deməyə mənəvi haqqı olanlar olsun!
Paylaşın:

Digər yazılar