19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İranla sərhəddə atəş açıldı: 15,6 kq narkotik… – FOTOLAR

 İranla sərhəddə atəş açıldı: 15,6 kq narkotik… – FOTOLAR

Fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 (üç) nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.

YeniZamantv.az xəbərn verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaşın:

Digər yazılar