Bütün sivilizasiyanı məhv edəcək plan: NATO-dan açıqlama gəldi
İsraillə HƏMAS arasında başlayan müharibə bütün Yaxın Şərqə yayılıb. Britaniya mediası İran və Husilərin bütün dünyaya təsir edəcək bir plan üzərində işlədiyini yazıb.
YeniZamantv.az xəbər verir ki, Yəmənin böyük hissələrinə nəzarət edən üsyançı husilər noyabr ayından Qırmızı dəniz və Ədən körfəzi ətrafında ticarət gəmilərinə hücum edir. Husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq HƏMAS ilə həmrəy olaraq “İsrailə yardım aparan gəmiləri hədəf aldıqlarını” deyirlər. Lakin praktikada İsraillə heç bir əlaqəsi olmayan gəmilərin də hədəfə alındığı görünür. Qlobal dəniz ticarətinin təxminən 15 faizi Süveyş kanalı vasitəsilə Avropanı Asiya ilə birləşdirən Qırmızı dənizdən keçir. Hücumlar səbəbilə neft qiymətlərinin artacağı və tədarük zəncirinin zədələnəcəyi qorxusu var. Ticarət gəmilərinin 20 faizi hazırda Qırmızı dəniz əvəzinə Afrikanın cənubunda daha uzun marşrutla səyahət edir.
Teleqraf qəzetindəki xəbərdə Husilərin indi bütün dünyanı birləşdirən internet kabellərini hədəfə almağa hazırlaşdıqları bildirilib. Qəzetin yazdığına görə, husilər müharibəni suyun altında aparmağı və Qırmızı dənizin altındakı internet kabellərini hədəfə almağı planlaşdırır. Qırmızı dəniz bu kontekstdə Avropa ilə Asiyanı və əlbəttə ki, ABŞ-ı birləşdirən kritik bir məkandır.
Bu çərçivədə ekspertlər Husilərin dəniz minaları ilə kabelləri yararsız hala salacağını və bu dəstəyin Yəməndəki döyüşçülərə İrandan gələcəyini bildirirlər. Teleqrafın əldə etdiyi hesabatlarda mövzu ilə bağlı aşağıdakı ifadələr yer alır:
“Müharibəsi dənizin altına aparacaqlar, İranın bununla bağlı lazımi texnikası var və dəstəyini əsirgəməyəcək. Qırmızı dənizin dayaz suları primitiv üsulla xaos yaşayacaq”.
Hesabatda həmçinin qeyd olunub ki, bu kabellər İngiltərə üçün kritik əhəmiyyətə malikdir. Böyük Britaniyanın xarici dünya ilə rəqəmsal rabitəsinin 99 faizinin bu kabellərə bağlı olduğu bildirilib və “Bütün sosial, siyasi, hərbi və iqtisadi sistemlərin risk altında olduğu və bunun bütün dünyaya təsir edə biləcəyi” bildirilib.
NATO Hərbi Komitəsinin rəhbəri, Hərbi Hava Qüvvələri Komandiri Lord Piç mövzu ilə bağlı verdiyi açıqlamada, “Husilər artıq dəniz ticarətini riskə atıblar. Narahatlıqlar var və onların bundan daha çox şey edə biləcəyini eşidirik” dedi. Söz mövzusu kabellər haqqında, “Bütün dünya iqtisadiyyatı çökə bilər, müasir cəmiyyəti təsir edəcək ən ciddi problemlərdən biridir.”
Teleqraf, həmçinin İran və Çinin qlobal əlaqəni təmin edən kabelləri kəsə bilən alətlərə malik olduğunu xatırladıb və bu vəziyyətin baş verəcəyi təqdirdə NATO-nun addım atmalı olduğunu qeyd edib.
İngiltərə parlamentinin üzvü Jeremy Quin, söz mövzusu inkişafla bağlı açıqlamasında, “Avropa və Atlantikdə dəniz müharibələri dövrü gəldi. Tezliklə başlayacaq” dedi.