22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Görüntüləri izlədikdə xəcalət çəkdim, ölüb yerə girdim”

 “Görüntüləri izlədikdə xəcalət çəkdim, ölüb yerə girdim”

Məlumdur ki, məktəblilərin biabırçı videoları yayılıb. Belə ki, digər şagirdlər azyaşlı qızın başında yumurta sındırıb, saçını qırxıb, alnına nalayiq sözlər yazıblar. Bəs, bunu edənlər necə cəzalandırılmalıdır? Kimdir günahkar? Məktəb, valideyn, yoxsa məktəbli?

YeniZamantv.az xəbər verir ki, Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bu barədə SİA-ya açıqlama verib. Seymur Verdizadə bildirib ki, görüntüləri izlədikdə çox sarsılıb: “Sarsıldım, xəcalət çəkdim, ölüb yerə girdim. Bayaqdan düşünürəm ki, biz niyə bu cür övladlar yetişdirdik? Biz harada səhv etdik? Biz nəyi düz etmədik ki, övladlarımız bir-birinə qarşı bu cür qəddar oldular, qənim kəsildilər.

Hesab edirəm ki, ortada ciddi qanun pozuntusu və cinayət əməli var. Bu hadisəyə hüquqi qiymət verilməlidir. Yaşından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq həmin hadisəni törədən şəxslər mütləq qanun qarşısında cavab verməlidir ki, başqalarına da dərs olsun.

Hadisənin sosial səbəblərini də araşdırmaq lazımdır ki, bu, gənclərin macəra axtarışı nəticəsində baş verib, yoxsa özbaşınalığın nəticəsidir? Bu məsələdə məktəbin də məsuliyyətini müəyyən etməyin vaxtı çatıb. Hesab edirəm ki, sözügedən təhsil müəssisəsində işlər yüksək səviyyədə qurulmadığı üçün bu cür özbaşınalıq halları baş verir. Bu biabrçı hadisədə iştirak edən şagirdlərlə yanaşı təhsil müəssisəsinin rəhbərliyi də sərt şəkildə cəzalandırılmalıdır”.

Paylaşın:

Digər yazılar