Nurəddin Xoca Tahir Həsənovdan yazdı…
Birinci Qarbağ Müharibəsi zamanı böyük qəhrəmanlıqlar göstərib şəhidliyə ucalanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovdur. Nə yaxşı ki, o qəhrəmanlıqların şahidi olmuş insanlar hələ də yaşayırlar. Müharibə başlayanda ön cərgədə gedən vətən övladlarından biri də Nurəddin Xocadır.
Feysbuk sosial şəbəkə hesabında bir qəhrəmanın həyatına işıq tutub. Nurəddin Xoca yazır:
Fevralın 22-də şəhid Milli Qəhrəman Tahir Həsənovun ad günüdür. O, əsl qəhrəmanlar sırasında olan bir qardaşımızdır.
Fevralın 22 də şəhid Milli qəhrəman Tahir Həsənovun ad günüdür. O əsl qəhrəmanlar sırasında olan bir qardaşımızdır.
Tahir ailənin təl övladı idi .
Tahir Həsənov Çıldıran əməliyyatı zamanı kəşfiyyat dəsətəsinin qarşısında gedərkən ermənilərin pusqusuna düşdü. O, döyüşü qəbul etmədən qaça bilərdi. Lakin onda arxadan gələn dəstə erməni tələsinə düşəcək və silah dostları məhv olacaqdılar.
Tahir yeganə düzgün qərarı, düşmənlə təkbaşına ölüm- dirim savaşına girməyi qərara aldı. Bu qərarla axırıncı döyüşü oldu . 40 dəqiqəlik döyüşdə düşmənin xeyli əsgərini öldürdü. Gülləsi qurtarandan sonra sakit yerə uzanaraq düşmənin yaxınlaşmasını gözləyir. Düşmən ona yaxınlaşanda əlindəki tank əleyhinə qumbara ilə özünü və düşmənləri partladır.
Düşmənlər bu qəhrəmanın mərdliyinə hörmət əlaməti olaraq onun cəsədin təhqir etmirlər. Əllərini sinəsində cütləyib gedirlər.
HƏQİQƏTƏN DƏ ŞƏHİDLƏR ÖLMÜRLƏR!!