“Tik-Tok” “Feysbuk”u necə məhv edir?…
ABŞ və Qərbin Azərbaycanda Çinə uduzduğu vacib müstəvi- “Tik-Tok” “Feysbuk”u necə məhv edir?…
“Feysbuk” ölkədə tam çöküb desək, yanılmarıq. Bunun başlıca səbəbini sosial şəbəkənin öz biznes maraqlarını önə çıxarması ilə əlaqələndirmək olar. Artıq vəziyyət o həddə çatıb ki, sosial şəbəkə öz istifadəçilərinə qarşı Azərbaycandakı bəzi adamların- “pulu olmayana salam vermə”, prinsipi əsasında davranır.
Xəbər lentini yenilədikcə, qarşına fərdi dostlarının yazdığl postlar deyil, yalnız pullu reklam paylaşımları çıxır. Hətta axtarış portallarında nəyi axtarırsansa, həyatda nədən danışırsansa FB günlərdə həmin sahəyə aid reklamları sənin gözünə soxmağa başlayır. Məhz bu səbəbdən də, insanlar fikirlərini lazımi auditoriyaya çatdıra bilmədikləri üçün , ölkədə böyük populyarlıq qazanan “Tik-Tok”a üz tutur.
Bunun başlıca səbəbi odur ki, Çinin yaratdığı bu şəbəkə xəsislik etmədən, reklam maraqlarını güdmədən paylaşımların 100 minlik, hətta milyonluq auditoriyalara çatması üçün real şərait yaradır. Yoxlayıb baxa bilərsiniz, bu, yalnız statistikanı ifadə edən rəqəm deyil, real mənzərəni özündə əks etdirən göstəricidir. “Feysbuk” hətta o günə qalıb ki, istifadıçilərinə “mavi tık” deyilən işarəni pulla satmağa başlayıb və bundan milyardlarla qazanc əldə edib.
Bir sözlə, “Feysbuk” da paylaşılan reklamsız postların geniş kütləyə çatması tam əngəllənib. Mahiyyət baxımından da FB tam ciddi xarakter alıb. Çünki burada kütlə qalmayıb. Eyni və bir-birinə yaxın sahənin təmsilçiləri olan istifadəçilər isə artıq burada diskussiya aparmır, sosiallaşmaq əvəzinə bir-birini güdür ki, dostunun tanışının yazdığını kopyalayıb harasa “donos” ötürürməklə öz fəaliyyətini bitmiş sayır.
“Tik-Tok”a “İnstaqram” və “Youtube” dan da kütləvi axın var. Çünki Çin şəbəkəsi digərləri kimi istifadəçiləri yalnız “qırxmağı” düşünmür. Onlara asan pul qazanma imkanları da yaradır. Bizdə olmasa da, elə ölkələr var ki, “Tik-Tok” onlara paylaşılan videonun baxış sayına uyğun da pul ödəyir.
Hətta yalnız videoya baxdığın üçün istifadəçiyə pul ödənilən ölkələr də var. Yəni sən oturub nə qədər çox video izləsən, bir o qədər də çox pul qazanassan. Deyə bilərsiniz ki, bəyəm belə bir imkanı “Youtube” yaratmır? Yaradır, ancaq irəli çıxmaq üçün qaydalar çox sərtdir və müqayisədə az pul verir.
“Tik-Tok”un da çatışmayan cəhəti var. O da həddən artıq kövrək olmasıdır. İllərlə əziyyət çəkib, 100 minlərlə izləyici yığdığın səhifənin özün də bilmədiyin səbəbdən , gecə yatıb, səhər durduqda birdəfəlik silindiyinin şahidi ola bilərsən. Ölkəmizdə belə nümunələr az deyil.
Bir sözlə, “ət yeyən quşu dimdiyindən tanımağı” bacaran dəyərli xalqımız yaxşı bilir hara üz tutmaq lazımdır. Deməyə, bəzi lağatalara baxmayın, ölkənin hamısı “Tik-Tok”dadır. Yavaş-yavaş “user” adları ilə keçdikləri profil qeydiyyatlarını öz adları ilə əvəz etməyə başlayıblar. Çünki reallıqla razılaşmağa məhkumdurlar. Şərh bölümündə “Tik-Tok” hesabımın linkini paylaşıram, istəyənlər abunə olub, Çinin bizə necə gözəl şərait yaratdığı ilə tanış ola bilər.