22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Türkiyə son nöqtəni QOYDU: Naxçıvana quru yolu ilə getmək istəyənlərə ŞAD XƏBƏR – TARİX + ƏRAZİ

 Türkiyə son nöqtəni QOYDU: Naxçıvana quru yolu ilə getmək istəyənlərə ŞAD XƏBƏR – TARİX + ƏRAZİ

Ankara bəyan edib ki, hazırda Azərbaycan və Naxçıvanı birləşdirəcək yolun hər iki variantı müzakirə olunur. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək marşruta dair müzakirələr davam edir. Nazir Hürriyet qəzetinə bildirib ki, əgər Ermənistan tərəfində problemlər varsa, Azərbaycan dəhlizin bu ölkədən keçməsi üçün İranla da təmaslardadır. Burada iki alternativ var. Hazırda masa üzərində İrandan keçən yol da daxil iki marşrut müzakirə olunur:

YeniZamantv.az xatırladır ki, Bakı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək “Zəngəzur dəhlizində” gömrük yoxlanış məntəqələrinin olmasına qarşıdır. Azərbaycan rəsmiləri israr edirlər ki, iki Azərbaycan ərazisi arasında gömrük yoxlanışı ola bilməz. Rəsmi İrəvan isə bildirir ki, Ermənistan ərazisindən keçən bütün nəqliyyat kommunikasiyaları onun yurisdikdiyasında olmalıdır.

Bəs Zəngəzur dəhlizi hansı istiqamətdə açılacaq?

YeniZamantv.az-ın verdiyi xəbərə görə  məsələ ilə bağlı danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Refrerans.az-a deyib ki, İran Şərqlə Qərb arasında yerləşən istənilən yol şəbəkəsinin öz ərazisindən keçməsinə maraqlıdır:

“Çünki İran özü də bilir ki, bu yol onların həm iqtisadi inkişafına, həm də maddi cəhətdən gəlirlərinin artmasına səbəb olacaq. İran birmənalı şəkildə bu layihədə maraqlıdır, istəklidir. Biz hətta Zəngəzur dəhlizi ilə bağlı İranın Ermənistana qarşı təzyiqlərinə də şahid olmuşuq. Azərbaycan, Türkiyə, eləcə də Azərbaycandan Şərqdə və Qərbdə olan dövlətlər də maraqlıdırlar ki, Şərqlə Qərbi birləşdirən yollar alternativ olsun. Zəngəzur dəhlizi isə bu yollardan biridir”.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə reallaşdırıla biləcək yol, həm təhlükəsizlik, həm iqtisadi, həm də Şərq və Qərb dövlətlərinin maraqları baxımından ən uyğunudur. Onun sözlərinə görə, bu yolun Ermənistandan keçməsi ən alternativ və qısa variantdır, lakin bu yolun Ermənistandan keçməsini istəməyən dövlətlər buna mane olmağa çalışır: “Ermənistan bunu istəməyəndə təbii ki, başqa alternativlər olur və bu alternativlərdən biri İran vasitəsilə əldə olunmasıdır. Digəri isə bir qədər uzun, daha məsləhətli, amma bir növ ehtiyat variant olan Gürcüstan-Türkiyə üzərindən keçən və Qarsdan tərsinə uzanan bir yoldur”.

Həmin yol Gürcüstan vasitəsilə Türkiyənin Qars şəhərinə daha sonra İğdıra, oradan isə Naxçıvana qayıda bilər. Zəngəzur dəhlizi ilə bağlı hər iki variant müzakirə olunur və hər iksi ilə bağlı da işlər görülür. Zəngəzur dəhlizi ən azı orta prespektivdə real ehtimaldır, amma yaxın müddətli prespektivdə real olacağını demək çətindir. Çünki Ermənistanın özünün xarici və daxili siyasəti yoxdur, hər zaman kənar qüvvələr tərəfindən idarə olunurlar – deyə Araz Aslanlı əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov Referans.az-a bildirib ki, Azərbaycan uzun müddətdən öz ərazi bütövlüyünün 100 faizini bərpa etdi və qarşıdakı yeganə məqsəd Zəngəzur dəhlizini açmaqdır:

“Bütün ölkə ərazisində növbədənkənar prezident seçkiləri keçirildi və Ali Baş Komandan yenidən prezident seçildi. Artıq postmüharibə dövründə Azərbaycan bölgədə geosiyasi, geostrateji ölkə və iqtisadi baxımdan yeni reallıqlar yaratdı. Bu gün artıq biz işğaldan azad edilən ərazilərimizi bərpa edib yenidən qururuq. Hazırda ən vacib layihələrdən biri Zəngəzur dəhlizidir. Bilirik ki, bu məsələ 10 noyabr bəyanatında öz əksini tapıb. Təəssüf ki, hələ də Ermənistan tərəfi bu məsələni tamamlanması üçün vacib addımlar atmır”.

Deputat deyib ki, belə davam edərsə, rəsmi Bakı ikinci bir alternativ olaraq İranla razılaşaraq bu yolun onun ərazisindən keçərək Naxçıvana birləşməsini təmin edəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanı əsas hissəsi olan Naxçıvanla oradan da Türkiyə, ümumiyyətlə, Avrasiya qitəsilə birləşdirib, yeni marşrut dəhlizi yaradacaq: “İndiki halda Ermənistan dəhlizin açılması üçün əməli addımlar atmasa və biz İranla olan yollarımızı istifadəyə versək, yarımdövlət olan Ermənistan sadəcə bunu kənardan izləməli olacaq”.

Rəsmi Bakı bütün lazımi məsələləri Ermənistana çatdırıb və 5 baza prinsipini onlara təklif edib. Zəngəzur dəhlizinin açılmasından sonra artıq bizim regiona dayanıqlı sülh gələ bilər. Erəmənistan bunu etsə də, etməsə də, həmin dəhliz açılıb fəaliyyət göstərəcək – deyə Vüqar İskəndərov əlavə edib.

Paylaşın:

Digər yazılar