ÜST-dən yeni epidemiya xəbərdarlığı: “Hər şey ola bilər…”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Covid-19 epidemiyası zamanı yaşanan bir çox problemlərin hələ də davam etdiyini və dünyanın yeni bir epidemiyaya hazır olmadığını bildirib.
YeniZamantv.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus CNN-də iştirak etdiyi proqramda epidemiya dövrü və onun nəticələri ilə bağlı açıqlamalar verib.
Covid-19 epidemiyasında “vaxtında və şəffaf” məlumat mübadiləsi və qlobal koordinasiyada problemlərin hələ də davam etdiyini bildirən Qebreyesus, dünyanın yeni bir epidemiyaya hazır olmadığını qeyd edib.
Qebreyesus, bütün ölkələri vaksinlər və dərmanlar kimi epidemiya ilə mübarizə üçün istifadə edilən vasitələrin və vacib məlumatların paylaşılmasını asanlaşdırmaq üçün “pandemiya sazişi” imzalamağa çağırdı: “Gördüyümüz qədər sistemimizdə boşluqlar var. Əgər bir şey olarsa, hazır olmadığımız üçün hər şey baş verə bilər. Amma dərhal müdaxilə edə bilərik.” Beləliklə, zərəri minimum a endirə bilərik”.