Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi raket bu ölkələr tərəfindən hazırlanırmış – ADLAR
Böyük Britaniyanın Münaqişələrin Silahlanma Tədqiqatları institutu yanvarın 2-də Rusiyanın Xarkovda Ukraynaya qarşı istifadə etdiyi və Şimali Koreya istehsalı olan raketin qalıqlarını araşdırıb.
YeniZamantv.az xəbər verir ki, araşdırmanəticəsində raketdə istifadə edilən 290-dan çoxelektronhissənin Çin, Almaniya, Yaponiya, Hollandiya, Sinqapur, İsveçrə, Tayvan və ABŞ-da yerləşən 26 şirkət tərəfindən istehsal edildiyi müəyyən edilib.
Məlumata görə, son 3 ildə bu cür hissələrin 75,5 faizi ABŞ, 11,9 faizi Almaniya, 3,1 faizi Yaponiyada yerləşən şirkətlər tərəfindən istehsal olunub.
Bildirilibki, raketin tərkibində ABŞ, Yaponiyavə Çində daxil olmaqla bir çox ölkənin istehsal etdiyi hissələr olduğu üçün Şimali Koreya 20 ilə yaxındır tətbiq edilən beynəlxalq sanksiyaları pozub. Ölkədə sanksiyalardan yan keçməyə imkan verən güclü alıcılıq şəbəkəsinin olduğu vurğulanıb. Qeyd olunub ki, Pxenyan xaricdə qurulan ön şirkətlər, hakerlik fəaliyyətləri və qaçaqmalçılıq kimi müxtəlif yollarla sanksiyalardan yayınmağa çalışır. /Turkustan.az/