22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

 Sözügedən şagirdin həm psixoloji, həm nevroloji problemləri var – Psixoloq-pedaqoq

  Sözügedən şagirdin həm psixoloji, həm nevroloji problemləri var – Psixoloq-pedaqoq
YeniZamantv.az xəbər verir ki, Xəzər rayonu 156 nömrəli məktəbin şagirdinin etdiyi əməlləri şərh edərkən Psixoloq-pedaqoq Zeynəb Əyyubova bunları deyib:
“Bunun adını travma qoya bilərlər, amma Azərbaycanda travmasız ailə yoxdur. Onda belə çıxır ki, hər kəs əlinə bir bıçaq alıb gəzməlidir? Başqalarına şiddət göstərməlidir?! Evdə tərbiyə edə bilmədiyimiz uşaqlara “travmalıdır” deyərək bəhanə uydurub əllərinə bayraq veririk. Heç bir travma kimisə əzməyə, kiməsə şiddət göstərməyə bəhanə deyil!
Sözügedən şagirdin həm psixoloji, həm nevroloji problemləri var. Dəfələrlə demişik ki, valideynlər şiddətə susmamalıdır. Bu gün məktəblərin ən böyük bəlası odur ki, bu tip məsələlər ört-basdır olunur. Valideynlər sakitləşdirilir və evə yollanılır. Beləcə xırda-xırda yığılan aqressiyalar bir gün bu cür vəhşiləşmiş şagird görməyimizə səbəb olur. Burada iş təkcə məktəbin, şagirdin yaxud valideynin üzərinə düşmür. Bu tip neqativ halların baş verməməsi üçün valideyn – həm ata, həm ana, həm məktəb, həm də uşaq birgə yol almalıdır. Əgər bu üçbucaq düz olarsa, hər şey çox gözəl olacaq”.
Paylaşın:

Digər yazılar