22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycana savaş təyyarələri gəlir: Müharibə hazırlığı?

 Azərbaycana savaş təyyarələri gəlir: Müharibə hazırlığı?

“Azərbaycan uzun müddət idi ki, Pakistan ilə GF-17 qırıcılarının alınması üçün danışqlar aparırdı. Amma bu məsələ bir qədər ləngidi”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Pakistandan 1.6 milyar dollarlıq silah almasını şərh edərkən deyib.

Onun sözlərinə görə, GF-17 qırıcılarının alınması ilə bağlı yaşanan gecikmə adıçəkilən qırıcıların ən son istehsalı ilə bağlıdır:

“Lakin artıq Pakistan mediasında da xəbər geniş şəkildə tirajlanır. Azərbaycanın GF-17 qırıcılarını alması təsdiqlənib. Bu, rəsmi Bakının mövcud aviasiya parkının kifayət qədər güclənməsinə gətirib çıxaracaq.

Bildiyiniz kimi, bu təyyarələr Pakistan tərəfindən kifayət qədər uğurla istifadə olunur. Hətta bir neçə dəfə Hindistan aviasiyasının təxribatlarının qarşısını alıb. Çinin sərhədi pozan bir təyyarəsini isə geri çəkilməyə məcbur edib.

Pakistan dünyanın aviasiya imkanlarına görə, ilk 10 ölkəsi arasındadır. Digər tərəfdən, Pakistan nadir müsəlman ölkədir ki, özü dördüncü nəsil qırıcılar istehsal edir. Azərbaycanın almaq istədiyi qırıcılar isə beşinci nəsil qırıcılardır”.

Paylaşın:

Digər yazılar