Ermənistanın Rusiyaya İNAMI İTDİ: sərhədçilər hava limanından çıxarılır
Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq.
YeniZamantv.az xəbər verir ki, bu barədə Ermənistan mediasına yüksək vəzifəli mənbə məlumat verib.
Oun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.
Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu deyib. /publika.az/