23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nəcməddin Sadıqov məhkəməyə çağırıldı

 Nəcməddin Sadıqov məhkəməyə çağırıldı

“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər – Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

YeniZamantv.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

General Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub.
Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür.
Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqda vəsatəti təmin etməyib. N.Sadıqov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələ ki, baxılmamış saxlanılıb. Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək.
Proses fevralın 28-i davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib
Paylaşın:

Digər yazılar