Saziş hazırlanır: İran İrəvana ordu göndərəcək – SEPAH kanalı
İran və Ermənistan arasında hərtərəfli müdafiə və təhlükəsizlik paktı imzalanacaq.
YeniZamantv.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində fəaliyyət göstərən Teleqram kanalı məlumat yayıb.
“Cənubi Qafqazda mövcud geosiyasi böhranın aradan qaldırılması və ümumi təhdidlərin neytrallaşdırılması üçün Ermənistan və İran arasında birgə müdafiə və təhlükəsizlik haqqında sazişin imzalanması gündəlikdədir. Bu razılaşma İrana Ermənistanda öz hərbi mövcudluğunu təmin etməyə imkan verir”, – məlumatda deyilir.
Qeyd edək ki, İranın Ermənistanla yüksək səviyyəli hərbi müttəfiqlik sazişi imzalamaq üçün uzun müddətdir cəhd etdiyi haqda məlumat yayılırdı.