23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanda qadınlar niyə yüksək vəzifələrdə daha az TƏMSİL olunurlar? – STATİSTİKA

 Azərbaycanda qadınlar niyə yüksək vəzifələrdə daha az TƏMSİL olunurlar? – STATİSTİKA

Ölkəmizdə qadınların işgüzarlığı müxtəlif sahələrdə özünü göstərir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında qeyd olunub ki, 2023-cü ilin noyabr ayına görə ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir.

Ölkədə təhsil alan qadınların sayında da hər il artım müşahidə olunur. Belə ki, 2022-2023-cü tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət universitetlərində 111 min 583 qadın təhsil alıb.

Ölkədə qadınlar daha çox təhsil və tibb sahəsində çalışırlar. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.

Bununla yanaşı, məhkəmə və hüquq-mühafizə orqanlarında işləyən qadınlar da az deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əks olunub ki, Ali Məhkəmənin 38 hakimindən 4-ü apellyasiya instansiyası məhkəmələrinin 125 hakimindən 18-i, 1-ci instansiya məhkəmələrinin 384 hakimindən 89-u (hakimlərin cəmi sayı 547, o cümlədən qadınlar 111) qadın olub.

Məlumatda prokurorluq orqanlarında çalışanların 22,4%-nin qadın olduğu qeyd olunub. Onu da qeyd edək ki, Azərbaycanda hazırda qadın icra başçısı da yoxdur. 

Siyasət sahəsində, yüksək vəzifələrdə də qadınlar çox təmsil olunmurlar.

Məsələn, fevralın 16-da Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunub və ölkədəki nazirliklərin heç birinə qadın nazir başçılıq etmir. Təkcə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır. Bəzi nazirliklərdə isə nazir müavinləri arasında az sayda qadınlara rast gəlinir.

Onu da qeyd edək ki, Milli Məclisin spikeri qadın olsa da, parlamentdə təmsil olunan 116 deputatın cəmi 21-i qadındır.

Günay Şahmar, Bizim.Media

Paylaşın:

Digər yazılar