Ceyhun Bayramovla Mirzoyanın görüş yeri və tarixi AÇIQLANDI
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş fevralın 28-29-da baş tutacaq.
YeniZamantv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Məlumata görə, nazirlər Berlində görüşəcəklər.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacağını bildirib.