Prezident İlham Əliyev Xocalıda soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.
YeniZamantv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.