20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Tanıyaq, tanıdaq-Dr.Anar Eldar oğlu Əmrah

 Tanıyaq, tanıdaq-Dr.Anar Eldar oğlu Əmrah

Dr.Anar Eldar oğlu Əmrah 25.02.1978-ci ildə Qərbi Azərbaycanda anadan olub.

1995-ci ildə Bakı Kimya-Biologiya Liseyini bitirib və həmin il Türkiyə Respublikası Ankara şəhərində yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına daxil olub. 2002-2003-cü illərdə Samsunda Səhra Səhiyyə Məktəbi və Ankara GATA’ da Acil Tıp Anabilim bölümündə təcrübəçi həkim olaraq çalışıb. 2003-2005-ci illərdə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışan Dr.Anar Əmrah 2005-ci ildə GATA Ürək Damar Cərrahiyyəsi bölməsində uzmanlık təhsilinə başlamışdır.
Təhsil aldığı və çalışdığı illər ərzində bir çox xarici ölkələrin tanınmış klinikalarında elmi konfranslarda və simpoziumlarda fəal iştirak etmişdir.
2011-2013-cü illərdə Ankara GATA Ürək – Damar Cərrahiyyəsi Klinikasında çalışmışdır.
2013-cü ildə Vətənə qayıdan Dr.Anar Əmrah Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalın Ürək Damar şöbəsinin rəisi vəzifəsində xidmətə başlamışdır. Baş Kilnik Hospitalda ürək əməliyatlarının həyata keçirilməsini başlatmış və inkişaf etdirmişdir.
Dünyada və Azərbaycan Respublikasında onlarla ilklərə imza atan Dr.Anar Əmrah Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2018-ci ildə xüsusi xidmətlərinə görə “HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ” medalı ilə təltif edilmişdir. Hazırda Respublika Diaqnostika Mərkəzi, Bakı Ürək Mərkəzində Ürək Damar Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışır. 44 günlük Vətən Müharibəsi dövründə döyüşlərdə yaralanan onlarla qəhrəman əsgər və zabitlərimizin həyatının qurtarılmasında, sağlamlığının bərpasında təcrübəli və bir peşəkar hərbi həkim kimi Dr.Anar Əmrahın xüsusi xidmətləri olmuşdur!
Vətən Sizinlə qürur duyur!

 

Paylaşın:

Digər yazılar