20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bolqarıstanda casusluq iddiası

 Bolqarıstanda casusluq iddiası

Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik İdarəsi iki Rusiya vətəndaşının Bolqarıstana və Avropa İttifaqı ölkələrinə daxil olmasını casusluq ittihamı ilə qadağan edib. Agentlik 2023-cü ilin sentyabrında oxşar əsaslarla bir Rusiya və iki Belarus vətəndaşını deportasiya edib.

YeniZamantv.az Turküstan.az-a istinadən  xəbər verir ki, Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik Agentliyindən verilən açıqlamada Rusiya vətəndaşları Vladimir Nikolaeviç Qoroçkin (40) və Tatyana Anatoliyevna Qoroçkinanın (38) 5 il müddətinə Bolqarıstana və bütün digər Avropa İttifaqına üzv ölkələrə girişinə qadağa qoyulduğu bildirilib.

Bəyanatda Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları olduğu iddia edilən Qoroçkin və Qoroçkinanın “milli təhlükəsizliyə təhdid yaratdığı” bildirilib.

Açıqlamada Rusiya vətəndaşlarının bir müddət Bolqarıstanda yaşayıb Bolqarıstan vətəndaşlığı almağa çalışdıqları, bolqar kimliklərindən istifadə edərək müxtəlif Avropa ölkələrində casusluq etmək və Rusiya üçün kəşfiyyat məlumatları toplamaq niyyətində olduqları bildirilib.

2023-cü ilin sentyabrında Bolqarıstan Sofiyadakı Rus Kilsəsində xidmət edən bir Rusiya və 2 Belarus vətəndaşını oxşar əsaslarla deportasiya edib.

 

Paylaşın:

Digər yazılar