23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Rusiya NATO-ya meydan oxusa, Kalininqradı itirəcək” – Sabiq nazir

 “Rusiya NATO-ya meydan oxusa, Kalininqradı itirəcək” – Sabiq nazir

Litvanın İsveçdəki səfiri və keçmiş xarici işlər naziri Linas Linkyavicyus Rusiyan NATO-ya qarşı çıxacağı təqdirdə Kalininqradı “zərərsizləşdirməklə” hədələyib.

YeniZamantv.az “KP”-yə istinadla xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Sabiq nazir bildirib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın bir hissəsi olub. Rusiya NATO-ya hücum etməyə cəsarət etsə, ilk olaraq Kalininqrad “zərərsizləşdiriləcək”. Diplomat həmçinin qeyd edib ki, Rusiyanın NATO-nun əhatəsində olması ilə bağlı Moskvanın iddiaları reallığa çevrilir.

Kalininqraddan olan senator Aleksandr Şenderyuk-Jidkov əvvəllər qeyd edib ki, Kalininqrad vilayəti Baltik Donanmasının qüvvələri tərəfindən yaxşı qorunur, ona görə də regiona qarşı istənilən təhlükə ilk növbədə Rusiya üçün təhlükədir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, NATO qoşunlarının Rusiya sərhədlərinə yaxınlaşması Moskvanı öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə məcbur edir. /bakupost.az/

Paylaşın:

Digər yazılar