23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Əlində badə, damağında siqaret…” – Jurnalistdən ETİRAZ

 “Əlində badə, damağında siqaret…” – Jurnalistdən ETİRAZ

“Mən siqaret çəkmirəm. Yəqin ki, ömrümün sonuna kimi də tütün məhsullarına əl uzatmayacağam. Siqaret çəkmək pis vərdişdir. Hesab edirəm ki, özünü, ailəsini düşünən insanlar bu vərdişdən uzaq qalmalıdır”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, kişilərin siqaret çəkməyinin müxtəlif səbəbləri ola bilər: “Mənə elə gəlir ki, çox adam uşaq vaxtı nəzarətsizlik üzündən bu vərdişə yiyələnib. Sonra isə onu tərgitməyə iradəsi çatmayıb. Beləcə, tütün məhsullarının “stajlı” istifadəçisinə çevrilib. Bəlkə də uşaq olanda onunla profilaktik iş aparılsaydı, sonradan bu azara mübtəla olmazdı”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Siqaretin zərərləri barədə çox yazılıb, çox danışılıb. Şüurlu insanın öz canına niyə qəsd etməsinin səbəbi mənə bəlli deyil. Loru dildə desək, insanın həm canı gedir, həm də malı. Normal insan niyə öz canına və malına qənim kəsilməlidir?

Təəssüflə qeyd etmək istəyirəm ki, siqaret çəkənlərin arasında xeyli tanınmış adam, alim, ziyalı var. Hətta onların bəziləri siqaretin fəal təbliğatçısına çeviriliblər. Halbuki ziyalının vəzifəsi cəmiyyəti pis vərdişlərdən çəkindirməkdir. Sosial şəbəkələrdə əlində badə, damağında siqaret olan adam görəndə dərhal dostluqdan çıxarıram. Bu da pis vərdişlərə qarşı mənim mübarizə üsulumdur. Hamılıqla bu cür davransaq, sıralarımızda siqaret çəkənlərin sayı azalar”

Paylaşın:

Digər yazılar