23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qara dənizdə qalan türk gəmisinə raket hücumu edildi

 Qara dənizdə qalan türk gəmisinə raket hücumu edildi

Qara dənizdə qalan Türkiyə quru yük gəmisinə raket düşüb. Rusiyanın işğalından sonra Ukrayna limanlarında qapalı qalan 12 türk gəmisi və həmin gəmilərdəki heyət 2 ilə yaxındır ki, xilas olunmağı gözləyir.

YeniZamantv.az Turkustan.az-a istinadən  xəbər verir ki, Qara dənizdə qapalı vəziyyətdə qalan Türkiyənin “Bayraklı Kuruoğlu-3” quru yük gəmisinə Xreson limanında iki raket düşüb.

Kuruoğlu Dənizçilik Şirkətinin Türkiyənin Dəniz Mediaya verdiyi xüsusi müsahibədə bu ifadələr yer alıb:

“Şirkətimizin Türkiyə bayraqlı MV KURUOĞLU-3 gəmisi 22.02.2022-ci il tarixində 2800 m ton toplu UREA yükünü boşaltmaq üçün Xerson limanına yaxınlaşıb və Rusiya-Ukrayna müharibəsi səbəbindən 2 il limanda ilişib qalıb.

“27.02.2024-cü il tarixində Rusiyadan gəldiyi güman edilən iki raket gəmimizə atılaraq sağ tərəfə dəydi və gəmimiz su almağa başlayıb. Gəmimiz kəndirlərin köməyi ilə estakadaya bərkidilib və iplərin qopması və gəmimizin batması an məsələsidir”.

Qara dənizdə Rusiya təhlükəsi üzündən aylardır evlərinə qayıda bilməyən türk dənizçiləri var. Rusiyanın işğalından sonra Ukrayna limanlarında qapalı qalan 12 türk gəmisi və həmin gəmilərdəki heyət 2 ilə yaxındır ki, xilas olunmağı gözləyir.

Orion S gəmisi Nikolayev limanında lövbər salan türk gəmilərindən biridir. Taxıl dəhlizinin əhatə dairəsində olmadığı üçün dənizə çıxa bilmədilər. Gəminin kapitanı mina təhlükəsi səbəbindən gəminin təxliyə oluna bilməyəcəyini bildirib.

gəmilər ticarət edə bilmir. Gəmilərin işləməsi lazımdır və yenidən işləmək çox böyük xərc tələb edir. Biz gəmilərə fabrik deyirik. Bunun ciddi iqtisadi itkiləri var. 12 Türkiyə və 60 xarici gəmiyə iqtisadi yük düşür ” dedi.

İki ildir Ukraynada qapalı qalan gəmilərlə bağlı yeni inkişaflar gözlənilir.

Paylaşın:

Digər yazılar